Bu il Ermənistan ordusunda qeyri-döyüş şəraitində ölən hərbçilərin sayı açıqlanıb

Bu il Ermənistan ordusunda qeyri-döyüş şəraitində ölən hərbçilərin sayı açıqlanıb Daha bir ölüm faktının səbəbi araşdırılır
Region
5 Aprel , 2017 17:57
Bu il Ermənistan ordusunda qeyri-döyüş şəraitində ölən hərbçilərin sayı açıqlanıb

Bakı. 5 aprel. REPORT.AZ/ Bu ilin yanvar-mart ayları ərzində qeyri-döyüş şəraitində ölən hərbçilərin sayı açıqlanıb. 

“Report” Ermənistan KİV-inə istinadən xəbər verir ki, bu barədə Helsinki Vətəndaş Assambleyasının Vanadzor ofisi məlumat yayıb.

Məlumatda son üç ayda 8 ölüm faktının qeydə alındığı, onlardan ikisinin silahdan istifadə qaydasına düzgün əməl edilmədiyi, ikisinin yol-nəqliyyat hadisəsi və dəm qazından boğulma, ikisinin intihar, yaxud ölüm həddinə çatdırma, birinin isə səhhətində yaranan problem nəticəsində baş verdiyi qeyd olunub. 

Xəbərdə bildirilib ki, daha bir ölüm faktının səbəbi araşdırılır.

Məlumata görə, ötən ilin uyğun dövründə isə 3 ölüm qətl, 5-i bədbəxt hadisə, 5-i isə intihar və ya ölüm həddinə çatdırma nəticəsində baş verib. 

Son xəbərlər

Orphus sistemi