Yuxarı

Rusiyada xüsusi rabitə əməkdaşlarına atəş açılıb, iki nəfər ölüb

Bryanskda xüsusi rabitə xidmətinin 2 əməkdaşı öldürülüb

Rusiyanın Bryansk şəhərində dəmir yolu vağzalında xüsusi rabitə mərkəzinin iki əməkdaşının meyiti aşkarlanıb.

“Report” RİA “Novosti”yə istinadən xəbər verir ki, bu barədə yerli güc strukturlarından bildirib.

Məlumata görə, onlara odlu silahdan açılan atəş nəticəsində ağır yaralanıblar. Yaralı xidmət əməkdaşları təcili yardım çatanadək ölüblər.

Bildirilib ki, hadisə sentyabrın 20-də Bryansk-Orlovski stansiyasında baş verib.

Onlar Bryansk-1 dəmir yolu vağzalının əməkdaşları olub. Hadisə ilə bağlı istintaq qrupu yaradılıb, araşdırma aparılır.

Qeyd edək ki, bu sahə poçtların yola salınması üzrə ixtisaslaşıblar.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi