Yuxarı
    Bağlamaq

    ​Britaniya səfiri Türkiyənin Xarici İşlər Nazirliyinə çağırılıb

    Tanju Bilgic: Londonun bu hərəkəti diplomatlarımızın fəaliyyətinə mənfi təsir göstərib

    Bakı. 8 yanvar. REPORT.AZ/ Britaniyanın Ankaradakı səfiri Türkiyənin Xarici İşlər Nazirliyinə çağırılıb.

    "Report" Türkiyə KİV-inə istinadən xəbər verir ki, bunu Türkiyə XİN-in sözçüsü Tanju Bilgic deyib.

    Məlumata görə, buna səbəb ölkənin İngiltərədəki diplomatlarının Türkiyə banklarındakı hesablarının dondurulması göstərilib.

    Tanju Bilgic nazirlikdə keçirdiyi mətbuat konfransında məsələyə aydınlıq gətirərkən qeyd edib ki, diplomatların bank hesabları 2014-2015-ci illərdə Cənubi Kipr yunan hökuməti məhkəməsinin qərarına əsasən, "ehtiyat tədbiri" çərçivəsində dondurulub.

    Sözçü İngiltərənin bu addımının diplomatik və konsulluq fəaliyyəti haqda 1961 və 1963-cü illərdə qəbul edilmiş Vyana Konvensiyasına qarşı olduğunun səfirin diqqətinə çatdırıldığını vurğulayıb.

    "Londonun bu hərəkəti diplomatlarımızın fəaliyyətinə mənfi təsir göstərib. Biz səfirə qanuni etirazımızı bildirərək qadağanın götürülməsini tələb etdik", - deyə o bildirib. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi