Britaniyanın Sankt-Peterburqdakı Baş Konsulluğunun fəaliyyəti dayandırılıb

Britaniyanın Sankt-Peterburqdakı Baş Konsulluğunun fəaliyyəti dayandırılıb Bakı. 17 mart. REPORT.AZ/ Britaniyanın Sankt-Peterburqdakı Baş Konsulluğu fəaliyyətini dayandırıb.
Region
17 Mart , 2018 14:01
Britaniyanın Sankt-Peterburqdakı Baş Konsulluğunun fəaliyyəti dayandırılıb

Bakı. 17 mart. REPORT.AZ/ Britaniyanın Sankt-Peterburqdakı Baş Konsulluğu fəaliyyətini dayandırıb.

“Report” "RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.

Məlumata görə, Britaniya tərəfinə Konsulluğun fəaliyyətini başa çatdırmağa hazırlıq görmək üçün vaxt veriləcək.

Rusiya Xarici İşlər Nazirliyi 23 britaniyalı diplomatın "persona non grata" elan edib. Ölkəni tərk etmək üçün onlara bir həftə möhlət verilib.

Xatırladaq ki, Rusiya Baş Kəşfiyyat İdarəsinin keçmiş polkovniki, Britaniya vətəndaşı Sergey Skripal və qızı Yuliya martın 4-də Solsberidə ticarət mərkəzinin yaxınlığındakı skamyada tapılıb. Onlar zəhərlənmə ilə xəstəxanaya çatdırılıblar. Bu hadisədə xəsarət alanların sayı, təqribən, 21 nəfərdir. Onların arasında hadisə yerinə ilk çatan Nik Beyli adlı şəxs də var.

Britaniya hakimiyyəti S.Skripalın zəhərlənməsini sui-qəsd cəhdi kimi qiymətləndirib.

Rusiya tərəfi hadisə barədə əlavə məlumata malik olmadığını və istintaqla bağlı əməkdaşlıq etməyə hazır olduğunu bildirib.

Rəsmi London S.Skripalın zəhərlənməsinə cavab olaraq Rusiyanın 23 diplomatını ölkədən çıxarıb. 

Son xəbərlər

Orphus sistemi