Yuxarı

​Britaniyanın maliyyə naziri: "Aİ-dən çıxmaq barədə hələ ərizə təqdim etməyəcəyik"

Corc Osborn bildirib ki, rəsmi London Avropa bazarının tərkib hissəsi olaraq qalmaq istəyir

Bakı. 28 iyun. REPORT.AZ/ "Britaniya hökuməti Avropa İttifaqı (Aİ) ilə münasibətləri dəqiq aydınlaşdırmayanadək, qurumun tərkibindən çıxmaq haqqında ərizə təqdim etməyəcək".

"Report" "Reuters"ə istinadən xəbər verir ki, bunu Britaniyanın maliyyə naziri Corc Osborn bildirib.

Onun sözlərinə görə, Aİ ilə gələcək münasibətlərin modeli tam aydınlaşmayanadək ittifaqdan çıxmaq barədə ərizə təqdim etməyəcəklər.

Maliyyə naziri bildirib ki, Britaniya hökuməti Aİ-dən çıxdıqdan sonra Avropa bazarının tərkib hissəsi olaraq qalmaq istəyir.

Xatırladaq ki, iyunun 23-də Britaniyanın Aİ-də qalıb-qalmaması ilə bağlı referendum keçirilib. Seçicilərin 51,8 faizi ittifaqdan çıxmağa, 48,2 faizi isə qalmağa səs verib. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi