Yuxarı
    Bağlamaq

    ​Britaniya səfiri Çanaqqala zəfəri münasibətilə türkləri təbrik edib

    Riçard Mur: Çanaqqalada bütün tərəflər cəsurcasına savaşdı, ancaq qələbəni qazanan türklər oldu

    Bakı. 18 mart. REPORT.AZ/ Böyük Britaniyanın Türkiyədəki səfiri Riçard Mur Çanaqqala Zəfərinin 100 illiyi ilə bağlı türkləri təbrik edib.

    "Report" Türkiyə mətbuatına istinadən xəbər verir ki, o, bu haqda özünün sosial şəbəkələrdəki səhifəsində yazıb.

    "Bütün türk dostlarımızın Çanaqqala Zəfəri və Şəhidləri Anım Gününü sayğı ilə təbrik edirəm. Çanaqqalada bütün tərəflər cəsurcasına savaşdı, ancaq qələbəni qazanan türklər oldu... Çanaqqala keçilməz".

    Xatırladaq ki, bu gün Türkiyədə Çanaqqala Zəfərinin 100-ci ildönümü qeyd edilir.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi