Britaniya qırıcıları Rusiyanın hərbi təyyarələrini “tutmaq” üçün havaya qaldırılıb

Britaniya qırıcıları Rusiyanın hərbi təyyarələrini “tutmaq” üçün havaya qaldırılıb Bakı. 15 yanvar. REPORT.AZ/ Britaniya qırıcıları Krallığın hava məkanı yaxınlığında Rusiyanın strateji bombardmançı təyyarələrini “tutmaq” üçün havaya qalxıblar.
Region
15 Yanvar , 2018 16:58
Britaniya qırıcıları Rusiyanın hərbi təyyarələrini “tutmaq” üçün havaya qaldırılıb

Bakı. 15 yanvar. REPORT.AZ/ Britaniya qırıcıları Krallığın hava məkanı yaxınlığında Rusiyanın strateji bombardmançı təyyarələrini “tutmaq” üçün havaya qalxıblar.

“Report” “İnterfax”a istinadən xəbər verir ki, bu haqda Qərb dövlətlərinin aviasiya xdimətləri məlumat yayıb.

Şotlandiyadan şərqdə Rusiyanın “Tu-160” strateji bombardmançı təyyarəsinin radiodanışığı qeydə alınıb. Bundan sonra Belçikanın 2 “F-16” qırıcısı və Fransanın “C-135FR” Stratotanker” yanacaqdolduran-təyyarəsi havaya qaldırılıb.

Britaniya Hərbi Hava Qüvvələri komandanlığı Rusiya təyyarələrinin “tutulması” ilə bağlı əməliyyatın həyata keçirilməsi xəbərini təsdiqləyib.

Son xəbərlər

Orphus sistemi