Yuxarı

Boliviyada avtobus dərəyə aşıb, 11 nəfər ölüb, 39 sərnişin yaralanıb

Avtobus 15 metr dərinliyə düşüb

Bakı. 3 sentyabr. REPORT.AZ/ Boliviyanın mərkəzi hissəsində sərnişin avtobusu dərəyə aşıb.

"Report" xəbər verir ki, bu barədə yerli polis mayoru Sabino Qusiana istinadən "Deber" qəzeti yazıb.

Hadisə nəticəsində ən azı 11 nəfər ölüb, 39 sərnişin yaralanıb.

On beş metr dərinliyə düşən avtobus Santa-Krus şəhərindən paytaxt Sukre istiqamətində hərəkətdə olub.

İlkin məlumatlara görə, sürücü döngədə idarəetməni itirib. Zərərçəkənlər yaxınlıqdakı xəstəxanalara çatdırılıblar. Polis hadisə ilə bağlı araşdırma aparır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi