BMT Təhlükəsizlik Şurası İranın nüvə proqramı üzrə fəaliyyət planının həyata keçirilməsini müzakirə edib

BMT Təhlükəsizlik Şurası İranın nüvə proqramı üzrə fəaliyyət planının həyata keçirilməsini müzakirə edib Ceffri Feltman BMT Təhlükəsizlik Şurasına baş katibin hesabatını təqdim edib
Region
19 İyul , 2016 11:05
BMT Təhlükəsizlik Şurası İranın nüvə proqramı üzrə fəaliyyət planının həyata keçirilməsini müzakirə edib

Bakı. 19 iyul. REPORT.AZ/ BMT-yə İranın nüvə proqramı ətrafında vəziyyətin nizamlanması üzrə birgə hərtərəfli fəaliyyət planına (BHFP) və Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə zidd olan İrana nüvə xarakterli obyektlərinin təchizatı və satışı haqqında heç bir məlumat daxil olmayıb.

"Report" xəbər verir ki, bu barədə BMT baş katibi Pan Gi Munun, Təhlükəsizlik Şurası üzvlərinə onun siyasi məsələlər üzrə müavini Ceffri Feltman tərəfindən təqdim edilən, hesabatında deyilir.

C.Feltman əlavə edib ki, İrana ballistik raket təchizatı barədə də heç bir məlumat daxil olmayıb. Qeyd olunub ki, bununla belə, bu ilin mart ayının əvvəllərində təlimlər zamanı rəsmi Tehran bir neçə ballistik raket buraxıb. Baş katibin müavini Təhlükəsizlik Şurasının bu məsələni iki dəfə müzakirə etdiyini xatırladıb.

"Şura üzvləri bu raket buraxılışlarının qətnamələrə zidd olub-olmaması məsələsində fikir ayrılığı yaşadığı aydındır. İranın bu vəziyyətə öz şərhi var", - deyə C.Feltman bildirib. O, İranı regionda gərginliyi artıra biləcək ballistik raket buraxılışlarından yayınmağa çağırıb.

Qeyd edək ki, İranın nüvə proqramı ətrafında vəziyyətin nizamlanması üzrə birgə hərtərəfli fəaliyyət planı (BHFP) ötən ilin iyul ayında İran və "altılıq ölkələri" - Almaniya, Böyük Britaniya, Fransa, Çin, Rusiya və ABŞ arasında qəbul edilib. İyulun 20-də plan BMT Təhlükəsizlik Şurası tərəfindən təsdiq edilib. Qəbul edilmiş qətnamə İranın nüvə proqramı ilə bağlı bütün sanksiyaların aradan qaldırılmasını nəzərdə tutur.

Son xəbərlər

Orphus sistemi