​BMT baş katibi İranda iki yeniyetmənin edam edilməsi ilə bağlı narahatlığını bildirib

​BMT baş katibi İranda iki yeniyetmənin edam edilməsi ilə bağlı narahatlığını bildirib Məlumatlara görə, yalnız bu il İranda 700-dən yuxarı edam faktı qeydə alınıb
Region
20 Oktyabr , 2015 10:33
​BMT baş katibi İranda iki yeniyetmənin edam edilməsi ilə bağlı narahatlığını bildirib

Bakı. 20 oktyabr. REPORT.AZ/ BMT Baş katibi Pan Gi Mun ötən həftə İranda iki yetkinlik yaşına çatmamış cinayətkara qarşı ölüm cəzasının icra olunması xəbəri ilə bağlı narahatlığını ifadə edib. "Report" xəbər verir ki, bu barədə Pan Gi Munun mətbuat katibi onun adından verilən bəyanatla çıxış edərkən bildirib.

Pan Gi Mun İran rəsmilərinə xatırladıb ki, mülki və siyasi hüquqlar haqqında Beynəlxalq pakt, həmçinin Uşaq hüquqları haqqında konvensiya 18 yaşına çatmamış şəxslər tərəfindən törədilən cinayətlərə görə ölüm cəzasının tətbiqini qadağan edir.

"BMT baş katibi, son iki hadisənin də göstərdiyi kimi, İranda hazırda baş verən tendensiyalarla bağlı narahatdır. Təkcə bu il İranda 700-dən artıq edam hökmü icra olunub. Bu son 12 ildə edam halları ilə bağlı ən yüksək göstəricidir", - bəyanatda deyilir.

Pan Gi Mun BMT-nin ölüm hökmünə qarşı çıxış etdiyini xatırladaraq, İran hakimiyyətini ölüm hökmünün icrasına moratorium tətbiq etməyə çağırıb.

Son xəbərlər

Orphus sistemi