Yuxarı

​BMT Baş Assambleyası GUAM-la əməkdaşlıq qətnaməsini təsdiq edib

Layihə Ukrayna tərəfindən təqdim olunub

Bakı. 2 aprel. REPORT.AZ/ BMT Baş Assambleyası BMT və GUAM arasında əməkdaşlıq haqqında qətnaməni təsdiq edib.

"Report" xəbər verir ki, bu barədə öz Twitter səhifəsində Ukraynanın BMT-dəki daimi nümayəndəsi Yuri Sergeyev yazıb.

"BMT Baş Assambleyası BMT və GUAM arasında əməkdaşlıq haqqında qətnaməni konsensusla təsdiq edib. Həmmüəllifliyə görə Litva və Polşaya təşəkkür edirəm", - deyə o yazıb.

"Demokratiya və İqtisadi İnkişaf naminə Təşkilat - GUAM" 1997-ci ildə Gürcüstan, Ukrayna, Azərbaycan və Moldova tərəfindən (1999-cu ildən 2005-ci ilədək təşkilata Özbəkistan da daxil olub) yaradılıb.

GUAM-a sədrlik 2015-ci il yanvarın 1-dən etibarən Ukraynaya keçib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi