Yuxarı

​Birinci rübdə Ermənistanın xarici borcu 5 milyard 242 milyon dollar olub

Ölkənin xarici aktivi uyğun dövrü ilə müqayisədə 155 milyon 71 min dollar azalıb

Bakı. 14 iyul. REPORT.AZ/Ermənistanın xarici borcu bu ilin martında 9 milyard 45 milyon 91 min dollar olub, bu isə ötən ilin uyğun dövrü ilə müqayisədə 120 milyon 76 min dollar çoxdur.

"Report" Ermənistan KİV-inə istinadən xəbər verir ki, bunu ölkənin Milli Statistika xidməti bildirib.

İnformasiyaya əsasən, 2016-cı il mart ayının sonunda ölkənin xarici aktivi 3 milyard 803 min 76 min dollar təşkil edərək, nəticədə ötən ilin uyğun dövrü ilə müqayisədə 155 milyon 71 min dollar azalıb.

Məlumata görə, beləliklə 2016-cı ilin birinci rübündə Ermənistanın xarici borcu 5 milyard 242 milyon 14 min dollar təşkil edib. Bu isə ötən ilin uyğun dövründən 276 milyon 46 min dollar çoxdur. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi