Yuxarı

​Bineli Yıldırım: "Hərbi çevrilişə cəhdlə əlaqədar 40 min nəfər saxlanılıb"

5 min 187 nəfərlə bağlı əməliyyatlar davam edir

Bakı. 17 avqust. REPORT.AZ/ Fətullahçı terror təşkilatının (FETÖ) dövlət çevrilişinə cəhdi ilə bağlı polis, hərbi, məhkəmə və digər qurumların əməkdaşları, habelə mülki şəxslər də daxil olmaqla 40 min 29 nəfər saxlanılıb.

"Report"un məlumatına görə, bunu Türkiyənin baş naziri Bineli Yıldırım "TRT Haber"də canlı yayımda sualları cavablandırarkən deyib.

O, bildirib ki, 5 min 187 nəfərlə bağlı əməliyyatlar davam edir. 

Baş nazirin sözlərinə görə, dövlət çevrilişinə cəhddə iştirakına görə, 20355 nəfər həbs olunub.

79 min 900 dövlət qulluqçusu işdən azad edilib. 

5014 nəfər dövlət orqanlarındakı vəzifələrindən kənarlaşdırılıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi