Yuxarı
    Bağlamaq

    Mərkəzi Asiya və Qafqaz İnstitutu “Ermənistanın iqtisadi bəlası”nı açıqlayıb

    Ermənistan iqtisadiyyatındakı durğunluğun qarşısının alınması üçün imkanlar məhduddur

    Bakı. 23 oktyabr. REPORT.AZ/ Con Hopkins Universitetinin Beynəlxalq Araşdırmalar İnstitutunun nəzdində fəaliyyət göstərən Mərkəzi Asiya və Qafqaz İnstitutu tərəfindən Natalya Konarzevskanın müəllifi olduğu “Ermənistanın iqtisadi bəlası” adlı məqalə dərc edilib.

    Azərbaycan XİN-in mətbuat xidmətindən"Report"a verilən məlumata görə, məqalədə Ermənistan iqtisadiyyatının hazırda tənəzzülə uğradığı, 2014-cü ilin sonundan başlayaraq bu ölkənin milli valyutasının sürətlə devalvasiyaya uğradığı və bunun inflyasiya ilə nəticələndiyi qeyd edilib. Pul köçürmələrinin həcminin azalmasının ölkə əhalisinin həyat şəraitinə mənfi təsir göstərdiyi bildirilib. Qeyd olunmalıdır ki, pul köcürmələri Ermənistanın ÜDM-nin 21%-ni təşkil edir və 2014-cü ildə Rusiyadan pul köçürmələri 56% aşağı düşüb.

    Rusiyaya ixracın və xarici investisiyaların kifayət qədər azalması, dövlət borcunun artması və büdcə gəlirlərinin aşağı düşməsi fonunda Ermənistan iqtisadiyyatındakı durğunluğun qarşısının alınması üçün imkanların məhdud olduğu vurğulanıb. Qeyd olunmalıdır ki, 2015-ci ildə Ermənistanın dövlət borcunun ölkə ÜDM-sinin 44,5 %-ni təşkil edəcəyi gözlənilir.

    Məqalədə həmçinin “Ettihad Airways”, “Samsung”, “France Telecom-Orange” və s. kimi aparıcı şirkətlərin Ermənistandakı fəaliyyətlərini dayandıracağını elan etmələri əks olunub. Dünya Bankı və Beynəlxalq Valyuta Fondunun hesablamalarına görə, 2015-ci ildə Ermənistanın iqtisadi artımının zəif və ya mənfi olacağı gözlənilir. Ermənistanın Avrasiya İqtisadi Birliyinə (AAİB) daxil olmasının heç də yaxşı dövrə təsadüf etmədiyi, bunun təşkilatın aparıcı üzvü olan Rusiyanın iqtisadiyyatının zəiflədiyi vaxtda baş verdiyi göstərilib.

    2015-ci ilin mayında ABŞ və Ermənistan arasında Ticarət və İnvestisiya Çərçivə Sazişinin imzalanmasına baxmayaraq, iki ölkə arasında ticarət dövriyyəsinin aşağı səviyyədə olmasının bu sazişin iqtisadi faydasını sual altına qoyduğu vurğulanıb.

    İrana qarşı beynəlxalq sanksiyaların aradan qaldırılması nəticəsində Ermənistanın bu ölkə ilə qeyri-məhdud ticarət və investisiya imkanlarından faydalana biləcəyi, bu xüsusda İran və Ermənistanı Gürcüstanın Qara dəniz limanları ilə birləşdirən dəmir yolu xəttinin rəsmi Yerevan üçün ən vacib layihə olduğu bildirilib.

    Ermənistanda elektrik enerjisinin qiymətinin artırılması nəticəsində 2015-ci ilin iyunundan bəri ölkədə baş verən etirazların hökumətin iqtisadi siyasətinə münasibətdə ictimai məyusluğun artdığını əks etdirməsi, Rusiya mediasının bu etirazları ABŞ-ın geosiyasəti ilə əlaqələndirdiyi və Ermənistanda anti-Rusiya dalğasının artacağından ehtiyat etdiyi qeyd edilib. Bu istiqamətdə aparılan uzunmüddətli danışıqlardan sonra Rusiya tərəfi Ermənistana satdığı qazın qiymətini aşağı salmağa razılıq verdiyi və Ermənistana hərbi avadanlıqların alınması üçün 200 milyon ABŞ dolları həcmində kredit ayırdığı əks olunub.

    Məqalədə həmçinin Ermənistan iqtisadiyyatının oliqarx strukturu və aşağı səviyyəli idarəçilik sisteminin iqtisadiyyatın modernləşdirilməsi və gücləndirilməsinə yönəldilmiş istənilən cəhdlərə əngəl olacağı vurğulanıb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi