Yuxarı

​Bəşşar Əsəd Moskvada səfərdə olub

Vladimir Putinlə Əsəd arasında görüş keçirilib

Bakı. 21 oktyabr. REPORT.AZ/ Suriyadakı rejimin başçısı Bəşşar Əsəd ötən gecə Moskvada səfərdə olub.

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmtiri Peskov bildirib .

Onun sözlərinə görə, Moskvada Rusiya prezidenti Vladimir Putinlə Bəşşar Əsəd arasında görüş keçirilib.

Görüşdə Rusiyanın Suriyada keçirdiyi əməliyyatların davam etdirilməsi müzakirə edilib.

D.Peskov deyib ki, danışıqlarda Rusiyanın yüksək vəzifəli rəhbərliyi iştirak edib: "Danışıqlar kifayət qədər uzun sürüb. Müzakirə edilən mövzu isə tam aydındır".



Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi