Belçika ​polisi PKK və "cihadçı" qruplar haqda məlumatı gizlədib

Belçika ​polisi PKK və "cihadçı" qruplar haqda məlumatı gizlədib Bu haqda polisin fəaliyyətini yoxlayan "P komissiyası"nın Belçika parlamentinə təqdim etdiyi hesabatda bildirilib
Region
23 Oktyabr , 2015 15:27
Belçika ​polisi PKK və cihadçı qruplar haqda məlumatı gizlədib

Bakı. 23 oktyabr. REPORT.AZ/ Belçika polisi terrorçu PKK və "cihadçı" qrupların ölkənin Homburq qəsəbəsindəki düşərgələri haqda məlumatı hesabatına daxil etməyib.

"Report" Türkiyə KİV-inə istinadən xəbər verir ki, bu haqda polisin fəaliyyətini yoxlayan "P komissiyası"nın Belçika parlamentinə təqdim etdiyi hesabatda bildirilib.

Məlumata görə, PKK bu qəsəbədə düşərgəsini bu ilin fevralında qurub. Polis məsələ ilə bağlı məruzə etmədiyindən və düşərgənin olmasını hesabata salmadığından, uyğun qurumlar buna qarşı lazımi tədbirlər görə bilməyib.

Parlamentin qapalı toplantısında "P komissiyası"nın hesabatında Liege vilayətinin Ardenler rayonunda Suriyaya İŞİD sıralarında döyüşmək üçün adam göndərən "Sharia 4 Belgium" ("Belçika üçün şəriət") qruplaşması haqda da polisin məlumat vermədiyi vurğulanıb.

Xəbərdə bildirilib ki, vəziyyətlə bağlı Belçikanın daxili işlər naziri Jan Jambon məlumatlandırılıb. O, radikal qruplaşmaların fəaliyyətinin internet vasitəsilə izlənməsi üçün 10 polis əməkdaşına tapşırıq veriləcəyini bildirib.

Belçika polisi bu terrorçu qruplaşmalara aid 3 düşərgə haqda məlumatı hesabatına daxil etməyib. 

Son xəbərlər

Orphus sistemi