Belarusda koronavirusa yoluxanların sayı 1 700-ü keçdi

Belarusda koronavirusa yoluxanların sayı 1 700-ü keçdi Belarusda son sutkada koronavirusdan ölənlərin sayı 19 nəfərə çatıb.
Region
10 Aprel , 2020 15:14
Belarusda koronavirusa yoluxanların sayı 1 700-ü keçdi

Belarusda son sutkada koronavirusdan ölənlərin sayı 19 nəfərə çatıb.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Belarus Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, infeksiyaya yoluxanların sayı 1 793 nəfərə yüksəlib. 

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 210 ölkə və bölgədə qeydə alınıb.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 1 615 000-i ötüb. Bunların 362 572 nəfəri sağalıb, 96 794 nəfəri isə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Son xəbərlər

Orphus sistemi