Yuxarı

Belarusda koronavirus qurbanlarının sayı 4-ə çatdı

Belarusda koronavirus qurbanlarının sayı 4-ə çatdı

498

© SwissInfo

Müxtəlif xroniki xəstəliklərə malik, yaşlı 4 nəfərin ölümü qeydə alınıb. İlkin məlumata görə, buna səbəb koronavirusun ağırlaşması olub.

“Report” xəbər verir ki, bu barədə Belarus Səhiyyə Nazirliyi məlumat yayıb.

Qeyd edək ki, Belarus koronavirusla əlaqədar ciddi məhdudiyyətlər tətbiq etməyən yeganə Avropa ölkəsidir.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 203 ölkə və bölgədə qeydə alınıb.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 961 692 nəfər təşkil edir. Bunların 203 176 nəfəri sağalıb, 49 165 nəfəri isə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi