Bəkir Bozdağ: "Dəməşqin Afrinə qoşun yeritməsi Suriyanın parçalanmasına səbəb olacaq"

Bəkir Bozdağ: "Dəməşqin Afrinə qoşun yeritməsi Suriyanın parçalanmasına səbəb olacaq" "Rejim qüvvələrinin Afrinə daxil olacağına dair xəbərlər əsassızdır"
Region
19 Fevral , 2018 22:11
Bəkir Bozdağ: Dəməşqin Afrinə qoşun yeritməsi Suriyanın parçalanmasına səbəb olacaq

Bakı. 19 fevral. REPORT.AZ/ Dəməşqin Türkiyə silahlı qüvvələrinin hazırda "Zeytun budağı" əməliyyatı apardığı Afrin şəhərinə qoşun yeritməsi, Suriyanın parçalanmasına gətirib çıxara bilər.

“Report” TASS-a istinadən xəbər verir ki, bunu bazar ertəsi Türkiyə baş nazirinin müavini Bəkir Bozdağ Ankarada keçirilən mətbuat konfransında deyib.

"Biz bütün istiqamətlər üzrə bu xəbərləri izləyirik. Rejim qüvvələrinin Afrinə daxil olacağına dair xəbərlər əsassızdır. Əgər Suriya kürdləri PYD/YPG terrorçularından qorumaq üçün Afrinə qoşun yeritsə, bu fəlakətə səbəb olacaq. Bu hücum həmçinin Suriyanın parçalanmasına gətirib çıxaracaq", - deyə Bozdağ bildirib.

Son xəbərlər

Orphus sistemi