Yuxarı
    Bağlamaq

    Başqırdıstanda 12 nəfər evdə yanaraq ölüb

    Cəsədlər yanğın söndürüldükdən sonra aşkar olunub

    Bakı. 15 mart. REPORT.AZ/ Başqırdıstanın Sterlitamak şəhərində şəxsi birmərtəbəli evdə baş verən yanğın nəticəsində 12 nəfər dünyasını dəyişib.

    "Report" xəbər verir ki, bu barədə Rusiya Daxili İşlər Nazirliyinin Respublika üzrə Baş İdarəsinin məlumatında bildirilir.

    "Hadisə yerinə istintaq-əməliyyat qrupu gəlib. Müəyyən olunub ki, iki nəfərə məxsus olan birmərtəbəli şəxsi ev yanıb. Mənzillər Sterlitamak şəhər sakinləri 31 yaşlı kişi və 53 yaşlı qadına məxsus olub. Yanğın söndürüldükdən sonra hadisə yerində 12 cəsəd aşkar olunub", — deyə məlumatda qeyd olunur.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi