Aqvan Ovsepyan cinayətkar-oliqarx sistemin rəmzi, müxalifətin cəzalandırılması kampaniyası və çoxsaylı qanlı cinayətlərin əsas arxitektorudur.
“Report” xəbər verir ki, “ru.1in.am” saytı bu barədə Ermənistanın keçmiş baş prokuroru Aqvan Ovsepyanla bağlı yazıda bildirib.
Vurğulanıb ki, 2008-ci il martın 1-də dinc aksiyaçılara qarşı tətbiq edilən zorakılıq əmrini keçmiş prezident Serj Sarqsyanla keçmiş baş prokuror Aqvan Ovsepyan verib. Onların tapşırğını isə Vaaqn Arutyunyan icra edib.
Mənbə onların hələ də həbs edilmədiyini vurğulayıb. Aqvan Ovsepyan və Vaaqn Arutyunyanın hələ də azadlıqda olmaları təəssüf hissi ilə qeyd olunub. V.Arutyunyanın Rusiyaya sığındığı bildirilib.
Aqvan Ovsepyan Robert Koçaryan və Serj Sarqsyanın prezidentliyi dövründə baş prokuror işləyib. Karyerasını isə istintaq komitəsinin başçısı vəzifəsində başa vurub.
Xatırladaq ki, 2008-ci ilin fevral ayında Ermənistanda prezident seçkiləri keçirilib. O vaxt
Seçkilərin nəticələrinin saxtalaşdırlmasına etiraz olaraq martın 1-2-də ölkədə geniş aksiyalar keçirilib. Hakimiyyət mitinqin dağıdılması üçün güc tətbiq edib. Ordu və polisin açdığı atəş nəticəsində 10 nəfər ölüb, xeyli insan yaralanıb. Bu hadisələri törədənlər indiyədək cəzalandırılmayıblar.
Nikol Paşinyan Ermənistanın baş naziri olandan sonra 2008-ci ilin 1-2 mart hadisələrinə görə cinayət işi təzələnib. O vaxtkı prezident Robert Koçaryan məsələ ilə bağlı 2018-ci il iyulun 27-də həbs olunub.
Adları yuxarıda qeyd edilənlər konstitusiya quruluşunu devirmək və külli miqdarda rüşvət almaq, qanunsuz yolla əldə edilən vəsaitləri leqallaşdırmağa görə mühakimə olunacaqlar.