Baş nazirin müavini: "Türkiyənin kəşfiyyat sistemində ciddi islahatlar aparılacaq"

Baş nazirin müavini: "Türkiyənin kəşfiyyat sistemində ciddi islahatlar aparılacaq" Nurəddin Canikli: "Ümumilikdə ölkənin kəşfiyyat sistemində bir boşluq var"
Region
22 İyul , 2016 14:22
Baş nazirin müavini: Türkiyənin kəşfiyyat sistemində ciddi islahatlar aparılacaq

Bakı. 22 iyul. REPORT.AZ/ "Türkiyənin kəşfiyyat sistemində ciddi islahatlar aparılacaq". 

"Report" "Habertürk"ə istinadən xəbər verir ki, bunu Türkiyə baş nazirinin müavini Nurəddin Canikli bildirib. 

Onun sözlərinə görə, ümumilikdə ölkənin kəşfiyyat sistemində bir boşluq var: "Türkiyə prezidenti dövlət çevrilişi cəhdi ilə bağlı xəbərlər yayılmağa başladığı zaman ölkənin ən böyük kəşfiyyat təşkilatının rəhbəri ilə əlaqə yarada bilməyib. Yəni bir boşluq var. Bu da yalnız Milli İstihbarat Təşkilatı (MİT) üçün keçərli deyil. Ümumilikdə bütün kəşfiyyat sistemində boşluq var. Ona görə də bu sahədə çox ciddi və köklü islahatlar aparmaq lazımdır və edəcəyik də".

Son xəbərlər

Orphus sistemi