Baş nazir: “Gürcüstanın NATO-ya üzvlüyü Rusiyanın da maraqlarına uyğundur”

Baş nazir: “Gürcüstanın NATO-ya üzvlüyü Rusiyanın da maraqlarına uyğundur” Tbilisi. 12 oktyabr. REPORT.AZ/ “Gürcüstanın NATO-ya üzvlüyü regionu daha dayanıqlı edəcək”.
Region
12 Oktyabr , 2018 13:05
Baş nazir: “Gürcüstanın NATO-ya üzvlüyü Rusiyanın da maraqlarına uyğundur”
Gürcüstanın baş naziri Mamuka Baxtadze / Report/ Elshan Baba
0 : 00
0 : 00

Tbilisi. 12 oktyabr. REPORT.AZ/ “Gürcüstanın NATO-ya üzvlüyü regionu daha dayanıqlı edəcək”.

“Report”un yerli bürosunun məlumatına görə, bunu Gürcüstanın Baş naziri Mamuka Baxtadze “Bloomberg”ə müsahibəsində deyib.

Baş nazir qeyd edib ki, bir neçə ay bundan öncə NATO-ya bütün üzv ölkələr Gürcüstanın Alyansın üzvü olacağını bir daha təsdiq ediblər: “Bizim əsas məqsədimiz Avropa İttifaqı və NATO-nun tamhüquqlu üzvü olmaqdır. Bunun üçün bizim çox konkret səbəblərimiz var. Əlbəttə ki, Gürcüstanın NATO-ya üzvlüyü bizim regionu daha dayanaqlı və daha firavan edəcək. Biz inanırıq ki, Gürcüstanın NATO-ya üzvlüyü yalnız ölkə üçün deyil, regiona da böyük üstünlük verəcək. Hesab edirik, bu, həmçinin Rusiyanın da maraqlarına uyğun gəlir”.

M.Baxtadze müsahibəsində həmçinin Gürcüstan iqtisadiyyatında son illər əldə olunan nailiyyətlərə də toxunub: “Gürcüstan regionda Avropa İttifaqı və Çin ilə azad ticarət rejimi olduğu yeganə ölkədir. Bizim məqsədimiz Gürcüstanı beynəlxalq ticarət, loqistika, turizm, təhsil üçün regional haba çevirməkdir. Gürcüstan “Bir kəmər, bir yol” təşəbbüsü də daxil olmaqla bütün əsas layihələrdə iştirak edir”.

Son xəbərlər

Orphus sistemi