Baş nazir: "Ermənistan iqtisadiyyatı ağır vəziyyətdədir"

Baş nazir: "Ermənistan iqtisadiyyatı ağır vəziyyətdədir" Karen Karapetyan: "Ermənistanın iqtisadi sistemini bir gün ərzində dəyişmək mümkün deyil"
Region
13 Yanvar , 2017 15:13
Baş nazir: Ermənistan iqtisadiyyatı ağır vəziyyətdədir

Bakı. 13 yanvar. REPORT.AZ/ "Ermənistan iqtisadiyyatı ağır vəziyyətdədir".

"Report" Ermənistan KİV-inə istinadən xəbər verir ki, bunu Ermənistanın baş naziri Karen Karapetyan hökumətin 100 günlük işinə həsr olunmuş mətbuat konfransında bildirib.

"İqtisadiyyatımızın ağır vəziyyətdə olduğunu artıq bildirmişəm. Bu gün bu vəziyyət qalmaqdadır. Amma bu, o demək deyil ki, vəziyyət nəzarətdən çıxıb" - K.Karapetyan vurğulayıb.

Baş nazir hökumətin dəyişiklik proqramını təqdim etdiyini deyib.

O, Ermənistanın "böyük iqtisadi sistemi"ni bir gün ərzində dəyişməyin qeyri-mümkün olduğunu da söyləyib.

Son xəbərlər

Orphus sistemi