Rusiya Baş Kəşfiyyat İdarəsinin rəisi ölüb

Rusiya Baş Kəşfiyyat İdarəsinin rəisi ölüb Bakı. 22 noyabr. REPORT.AZ/ Rusiya Silahlı Qüvvələri Baş Qərargahının Baş Kəşfiyyat İdarəsinin rəisi general-polkovnik İqor Korobov vəfat edib.
Region
22 Noyabr , 2018 10:15
Rusiya Baş Kəşfiyyat İdarəsinin rəisi ölüb
0 : 00
0 : 00

Bakı. 22 noyabr. REPORT.AZ/ Rusiya Silahlı Qüvvələri Baş Qərargahının Baş Kəşfiyyat İdarəsinin rəisi general-polkovnik İqor Korobov vəfat edib.

“Report” “TASS”a istinadən xəbər verir ki, məlumatı Rusiya Müdafiə Nazirliyi yayıb.

O, uzun sürən ağır xəstəlikdən sonra 62 yaşında dünyasını dəyişib. 

Qeyd edək ki, general-polkovnik İqor Korobov 1956-cı ilin avqustun 3-də Rusiyanın Vyazma şəhərində anadan olub. O, 1973-cü ildən Silahlı Qüvvələrdə xidmət edib.

1985-ci ildə Sovet Ordusu Hərbi Akademiyasını bitirib və Baş Kəşfiyyat İdarəsi strukturunda işləməyə başlayıb. 2016-cı ilin yanvarında Rusiya Silahlı Qüvvələri Baş Qərargahının Baş Kəşfiyyat İdarəsinin rəisi təyin edilib.

Xatırladaq ki, Baş Kəşfiyyat İdarəsinin İ.Korobovdan əvvəlki rəisi İqor Serqunda vəzifədə olarkən ölüb. Onun ölmü ilə bağlı müxtəlif versiyalar mövcuddur. Bəzi məlumatlara görə, İ.Serqun 2016-cı il yanvarın 1-də 58 yaşında Livanda, bir sıra mənbələrə əsasən, isə 2016-cı il yanvarın 3-də Moskva ətrafındakı bağ evində müəmmalı şəkildə ölüb. İ.Sequn 2011-ci ildə Rusiya Silahlı Qüvvələri Baş Qərargahının Baş Kəşfiyyat İdarəsinin rəisi-Baş Qərargah rəisinin müavini təyin edilmişdi.

Son xəbərlər

Orphus sistemi