Yuxarı

​Barak Obamanın xüsusi nümayəndəsi Türkiyəyə səfər edib

Amerikalı general Ankarada siyasi və hərbi dairələrin nümayəndələri ilə danışıqlar aparır

Bakı. 7 iyul. REPORT.AZ/ ABŞ prezidenti Barak Obamanın İŞİD-ə qarşı beynəlxalq koalisiya üzrə özəl təmsilçisi, general Con Allen Türkiyəyə səfər edib.

"Report" xəbər verir ki, bu haqda "Anadolu" agentliyi məlumat yayıb.

Xəbərə görə, Con Allen Türkiyədəki görüşlərində terrorçu qruplaşmaya qarşı birgə mübarizənin aparılmasından danışıb.

ABŞ-ın Türkiyədəki səfirliyi bildirib ki, amerikalı general İŞİD-in irəliləməsinin qarşısını almaq, qruplaşmanı məğlub etmək üçün Ankarada siyasi və hərbi dairələrin nümayəndələri ilə danışıqlar aparır.  

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi