Yuxarı

Barak Obama Türkiyənin iki gənc aliminə mükafat verib

Bu mükafatı ilk dəfə 1996-cı ildən ABŞ-ın o vaxtkı prezidenti Bill Klinton verib

Bakı. 10 yanvar. REPORT.AZ/ ABŞ Prezidenti Barak Obama Türkiyənin iki gənc elm adamını “Gənc elm adamları və mühəndislər nazirliyinin karyera mükafatı” ilə təltif edib.

“Report” Anadolu agentlyinə istinadən xəbər verir ki, laureatlar - Nurçin Çelik Mayami Universitetinin Sənaye Mühəndisliyi, Sinan Keten isə “Northwestern” Universitetinin Mexanika Mühəndisliyi bölməsinin Təhsil Şurasında fəaliyyət göstərir.

Nurçin Çelik 2006-cı ildə Türkiyənin Boğaziçi Universitetinin Sənaye Mühəndisliyi fakültəsini bitirib. O, araşdırmalarını ABŞ-ın Florida ştatının Mayami Universitetində davam etdirir.

Sinan Keten 2005-ci ildə Türkiyənin Boğaziçi Universitetinin Sənaye Mühəndisliyi fakültəsini bitirib. O, 2010-cu ildən etibarən ABŞ-ın İllinois ştatında “Northwestern” Universitetinde elmi fəaliyyətini davam etdirir.

Ümumiyyətlə, B.Obama hakimiyyətinin son ilində bu mükafata müdafiə, təhsil, enerrji və kəşfiyyat sahələrində fəaliyyət göstərən 102 gənc alim layiq görülüb.

Xatırladaq ki, bu mükafat ilk dəfə 1996-cı ildən ABŞ-ın o vaxtkı prezidenti Bill Klinton tərəfindən verilib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi