Barak Obama Türkiyənin iki gənc aliminə mükafat verib

Barak Obama Türkiyənin iki gənc aliminə mükafat verib Bu mükafatı ilk dəfə 1996-cı ildən ABŞ-ın o vaxtkı prezidenti Bill Klinton verib
Region
10 Yanvar , 2017 19:45
Barak Obama Türkiyənin iki gənc aliminə mükafat verib

Bakı. 10 yanvar. REPORT.AZ/ ABŞ Prezidenti Barak Obama Türkiyənin iki gənc elm adamını “Gənc elm adamları və mühəndislər nazirliyinin karyera mükafatı” ilə təltif edib.

“Report” Anadolu agentlyinə istinadən xəbər verir ki, laureatlar - Nurçin Çelik Mayami Universitetinin Sənaye Mühəndisliyi, Sinan Keten isə “Northwestern” Universitetinin Mexanika Mühəndisliyi bölməsinin Təhsil Şurasında fəaliyyət göstərir.

Nurçin Çelik 2006-cı ildə Türkiyənin Boğaziçi Universitetinin Sənaye Mühəndisliyi fakültəsini bitirib. O, araşdırmalarını ABŞ-ın Florida ştatının Mayami Universitetində davam etdirir.

Sinan Keten 2005-ci ildə Türkiyənin Boğaziçi Universitetinin Sənaye Mühəndisliyi fakültəsini bitirib. O, 2010-cu ildən etibarən ABŞ-ın İllinois ştatında “Northwestern” Universitetinde elmi fəaliyyətini davam etdirir.

Ümumiyyətlə, B.Obama hakimiyyətinin son ilində bu mükafata müdafiə, təhsil, enerrji və kəşfiyyat sahələrində fəaliyyət göstərən 102 gənc alim layiq görülüb.

Xatırladaq ki, bu mükafat ilk dəfə 1996-cı ildən ABŞ-ın o vaxtkı prezidenti Bill Klinton tərəfindən verilib.

Son xəbərlər

Orphus sistemi