Gürcüstanda azərbaycanlıların yaşadığı kənddə tapılmış qədim sərdabə tədqiq edilib

Gürcüstanda azərbaycanlıların yaşadığı kənddə tapılmış qədim sərdabə tədqiq edilib Tbilisi. 22 fevral. REPORT.AZ/ Gürcüstanda azərbaycanlıların yığcam yaşadığı Marneuli rayonunun Ağaməmmədli kəndində bu yaxınlarda aşkar olnmuş qədim sərdabə ilə bağlı tədqiqat işləri başa çatdırılıb.
Region
22 Fevral , 2019 19:21
Gürcüstanda azərbaycanlıların yaşadığı kənddə tapılmış qədim sərdabə tədqiq edilib

Tbilisi. 22 fevral. REPORT.AZ/ Gürcüstanda azərbaycanlıların yığcam yaşadığı Marneuli rayonunun Ağaməmmədli kəndində bu yaxınlarda aşkar olnmuş qədim sərdabə ilə bağlı tədqiqat işləri başa çatdırılıb.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Mədəni İrsin Mühafizəsi üzrə Milli Agentliyi məlumat yayıb.

Araşdırmalar nəticəsində 92 santimetr dərinlikdə yerləşən, uzunluğu 210 santimetr, eni isə 78 santimetr olan kütləvi məzarlığın erkən orta əsrlərə aid olduğu müəyyən olunub. Sərdabədəki 2 qəbirdə xristian qaydası ilə dəfn olunmuş 1 kişi, 2 qadın və 1 yeniyetmə olmaqla 4 insana aid sümüklər aşkar olunub.

Qrunt sularının qalıqları ciddi zədələdiyindən skeletlərin məzarlıqdan götürülməsi mümkün olmayıb.

Gürcüstanın Mədəni İrsin Mühafizəsi üzrə Milli Agentliyinin mütəxəssisləri qəbirlərin foto və qrafik görüntülərini tərtib edəndən sonra məzarlıq torpaqla örtülərək bağlanıb.  

Son xəbərlər

Orphus sistemi