Azərbaycanlı gənc Gürcüstanda yeni yaradılan hərəkata üzv olub

Azərbaycanlı gənc Gürcüstanda yeni yaradılan hərəkata üzv olub Gürcüstanda yeni yaradılan “Lelo” ictimai hərəkatının yeni üzvləri təqdim olunub.
Region
11 Oktyabr , 2019 18:36
Azərbaycanlı gənc Gürcüstanda yeni yaradılan hərəkata üzv olub

Gürcüstanda yeni yaradılan “Lelo” ictimai hərəkatının yeni üzvləri təqdim olunub.

“Report”un yerli bürosu xəbər verir ki, hərəkatın təsisçici Mamuka Xazaradze 12 yeni üzvün adını açıqlayıb.

Təşkilata qoşulanlar arasında bir azərbaycanlı gənc də yer alıb. Həmin gənc filoloq və tərcüməçi Oqtay Kazımovdur.

M.Xazaradze qeyd edib ki, “Lelo”ya mərhələli şəkildə çoxlu üzvlər qoşulacaq və onlar müxtəlif formada ictimaiyyətə təqdim olunacaqlar. O qeyd edib ki, proses Tbilisi ilə yanaşı, bölgələrdə də davam etdiriləcək.

Qeyd edək ki, “Lelo” hərəkatı sentyabrın 12-də təsis olunub. Təşkilatın əsas məqsədi 2020-ci ildə ölkədə keçiriləcək parlament seçkilərində qələbə qazanmaqdır.

“Lelo” topla olan qədim gürcü oyunudur.

Son xəbərlər

Orphus sistemi