Yuxarı

Azərbaycandan Gürcüstana pul köçürmələri 28% artıb

​Azərbaycandan Gürcüstana pul köçürmələri 28% artıb

Ötən ay Azərbaycandan Gürcüstana 2 mln. dollar həcmində pul köçürülüb.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan Milli Bankının yaydığı məlumatda bildirilib.

Azərbaycanın qonşu ölkəyə daxil olan ümumi pul köçürmələrindəki payı 1,34 %-ə bərabər olub.

İllik müqayisədə Azərbaycandan Gürcüstana göndərilən pul vəsaitlərinin həcmi 28% artıb.

Sentyabr ayında Gürcüstana xarici ölkələrdən, ümumilikdə, 149,8 mln. dollar pul daxil olub. Bu həcm ötən ilin analoji göstəricisindən 18,3 mln. dollar və ya 13,9% çoxdur.

Gürcüstandan xarici ölkələrə köçürülən pul kütləsinin həcmi isə 6,5% artaraq 20,5 mln. dollara bərabər olub.   

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi