Azərbaycanda həyata keçirilən fiskal siyasət beynəlxalq konfransda yüksək qiymətləndirilib

Azərbaycanda həyata keçirilən fiskal siyasət beynəlxalq konfransda yüksək qiymətləndirilib Tbilisi. 18 iyul. REPORT.AZ/ Gürcüstanın paytaxtı Tbilisidə Beynəlxalq Büdcə Əməkdaşlığı Təşkilatı tərəfindən həyata keçirilən 2017-ci il üzrə açıq büdcə sorğusunun nəticələrinə həsr olunan beynəlxalq konfrans keçirilib.
Region
18 İyul , 2018 22:52
Azərbaycanda həyata keçirilən fiskal siyasət beynəlxalq konfransda yüksək qiymətləndirilib

Tbilisi. 18 iyul. REPORT.AZ/ Gürcüstanın paytaxtı Tbilisidə Beynəlxalq Büdcə Əməkdaşlığı Təşkilatı tərəfindən həyata keçirilən 2017-ci il üzrə açıq büdcə sorğusunun nəticələrinə həsr olunan beynəlxalq konfrans keçirilib.

“Report”un Gürcüstan bürosu xəbər verir ki, tədbir Gürcüstanın Maliyyə Nazirliyi, ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi və Dünya Bankının birgə təşkilatçılığı ilə reallaşıb. Cənubi Qafqaz ölkələrinin maliyyə nazirliklərinin, müxtəlif fiskal orqanlarının yüksək vəzifəli nümayəndələrinin iştirak etdiyi tədbirdə Azərbaycanı maliyyə nazirinin müavini Emin Hüseynov təmsil edib. 

Konfransda bir çox region ölkələrinin 2017-ci ilin sorğusunda göstərdiyi nəticələr xüsusi müzakirə mövzusu olub. Nazir müavini Emin Hüseynov konfransda çıxış edərək, Prezident İlham Əliyevin rəhbərliyi ilə son illər ölkəmizdə həyata keçirilən fiskal siyasət, geniş miqyaslı institusional və struktur islahatları, fiskal büdcə layihələri barədə məlumat verib. Məruzə ətrafında çıxışlar zamanı fiskal siyasətlə bağlı son illərdə atılan addımlar, Azərbaycanın strateji yol xəritələrində qoyduğu əsas hədəflər üzrə həyata keçirilən islahatlar yüksək qiymətləndirilib. Konfransda Azərbaycanın Dünya Bankı və digər beynəlxalq maliyyə institutlarının reytinqlərində öz mövqeyini yaxşılaşdırması xüsusi qeyd olunub. E.Hüseynov bildirib ki, ölkəmizdə ilk dəfə olaraq “Büdcə sistemi haqqında” qanuna dəyişikliklər edilməklə, orta müddətli xərclərin nəticələri əsasında büdcə tərtibi ilə bağlı müxtəlif islahatlar davam etdirilir. Sonra digər ölkələrin hesabatları dinlənilib və tövsiyələr hazırlanıb.

Son xəbərlər

Orphus sistemi