Yuxarı
    Bağlamaq

    Azərbaycan vətəndaşlarının Rusiya pasportu alması proseduru sadələşdiriləcək

    Vladimir Putin bu barədə hökumətə göstəriş verib

    Bakı. 2 dekabr. REPORT.AZ/ Prezident Vladimir Putin hökumətdən, xüsusilə keçmiş SSRİ respublikaları vətəndaşlarının Rusiya vətəndaşlığı alması prosedurunu sadələşdirmək üçün tədbir görməyi xahiş edib.

    "Report" xəbər verir ki, bu barədə "İnterfax" məlumat yayıb.

    "Mən dəfələrlə hökumətin diqqətini, xüsusilə keçmiş Sovet İttifaqı respublikalarının müəyyən kateqoriyalı vətəndaşlarının Rusiya vətəndaşlığı alması ilə bağlı məsələlərdə bürokratiyanın maksimum dərəcədə aradan qaldırılmalı olduğuna yönəltmişəm", - deyə "İnterfax" Putinin sözlərini sitat gətirib.

    Prezident qeyd edib ki, "buna nail olmaq, o qədər də asan iş deyil, burada təhlükəsizliyin təmin edilməsi ilə bağlı xeyli məsələ var". O, həmçinin əlavə edib ki, mümkün sadələşdirmə müəyyən kateqoriyalı şəxslərə, məsələn yaradıcılıqla məşğul olan peşə sahiblərinə şamil edilməlidir.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi