Azərbaycan vətəndaşı Gürcüstana bəyan etmədiyi qızıl əşyalar keçirməyə cəhd edib

Azərbaycan vətəndaşı Gürcüstana bəyan etmədiyi qızıl əşyalar keçirməyə cəhd edib Azərbaycan vətəndaşı “Sınıq körpü” sərhəd-keçid məntəqəsindən Gürcüstana bəyan olunmamış qızıl əşyalar keçirməyə cəhd edib.
Region
20 May , 2019 14:06
Azərbaycan vətəndaşı Gürcüstana bəyan etmədiyi qızıl əşyalar keçirməyə cəhd edib

Azərbaycan vətəndaşı “Sınıq körpü” sərhəd-keçid məntəqəsindən Gürcüstana bəyan olunmamış qızıl əşyalar keçirməyə cəhd edib.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan Maliyyə Nazirliyinin Gəlirlər Xidməti məlumat yayıb.

Azərbaycan vətəndaşının idarə etdiyi avtomobildən gömrük nəzarətindən gizlədilmiş ümumi çəkisi 92,85 qram olan qızıl əşyalar aşkar olunub.

Əşyaların ümumi dəyəri 7,538.69 lari təşkil edib.

Azərbaycan vətəndaşına qarşı zinət əşyalarının dəyərinə bərabər məbləğdə cərimə sanksiyası tətbiq olunub. 

Son xəbərlər

Orphus sistemi