Azərbaycan helikopteri Gürcüstanda meşə yanğınlarının söndürülməsi əməliyyatlarına qoşulub

Azərbaycan helikopteri Gürcüstanda meşə yanğınlarının söndürülməsi əməliyyatlarına qoşulub Yanğınsöndürmə əməliyyatına "Ka-32A" helikopteri cəlb olunub
Region
24 Sentyabr , 2017 10:50
Azərbaycan helikopteri Gürcüstanda meşə yanğınlarının söndürülməsi əməliyyatlarına qoşulub

Bakı. 24 sentyabr. REPORT.AZ/ Gürcüstan hökümətinin müraciətinə əsasən Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığı ilə Fövqəladə Hallar Nazirliyi Gürcüstanın Samtsxe-Cavaxeti bölgəsində baş vermiş meşə yanğınlarının söndürülməsinə kömək məqsədilə sentyabrın 23-də helikopter göndərib.

"Report" Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, bu gün səhər saatlarından başlayaraq Aviasiya dəstəsinə məxsus, xüsusi avadanlıqla təchiz olunmuş "Ka-32A" helikopteri yanğınsöndürmə əməliyyatına başlayıb.

Son xəbərlər

Orphus sistemi