Azərbaycan Gürcüstandan gübrə idxalını 5,4 dəfə artırıb

Azərbaycan Gürcüstandan gübrə idxalını 5,4 dəfə artırıb Bu ilin yanvar-iyun aylarında Azərbaycan Gürcüstandan 21 475,4 ton azot gübrəsi idxal edib.
Region
19 İyul , 2019 13:11
Azərbaycan Gürcüstandan gübrə idxalını 5,4 dəfə artırıb

Bu ilin yanvar-iyun aylarında Azərbaycan Gürcüstandan 21 475,4 ton azot gübrəsi idxal edib.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Milli Statistika İdarəsinin hesabatında bildirilib.

Azərbaycanın qonşu ölkədən aldığı gübrənin ümumi dəyəri 4 mln. 112,3 min dollara bərabər olub.

İllik müqayisədə Azərbaycanın Gürcüstandan aldığı azot gübrəsinin həcmi 17 532 ton və ya 5,4 dəfə artıb.

Ötən ilin eyni dövründə Azərbaycan Gürcüstandan 735, 8 min dollar dəyərində 3 943,4 ton gübrə idxal edib. 

Son xəbərlər

Orphus sistemi