Yuxarı

Azərbaycan Gürcüstanda yeni layihələrdə iştiraka dəvət olundu

​Azərbaycan Gürcüstanda yeni layihələrdə iştiraka dəvət olundu

Gürcüstanın İqtisadiyyat və Dayanıqlı İnkişaf naziri Natia Turnava Bakıda İqtisadiyyat naziri Mikayıl Cabbarovla görüşüb.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın İqtisadiyyat və Dayanıqlı İnkişaf Nazirliyi məlumat yayıb.

N.Turnava bildirib ki, Azərbaycan və Gürcüstan, həmçinin iki ölkənin iqtisadiyyat nazirlikləri arasında olduqca sıx işgüzar və dostluq münasibətləri qurulub: 

“Bu münasibətlər birgə layihələrin inkişafı və Bakı-Tbilisi-Qars dəmir yolu və digər layihələrin tamamlanmasının sürətlənməsinə imkan verir”.

Nazir Azərbaycan tərəfi ilə tamamilə yeni layihələr barədə müzakirə aparıldığını da qeyd edib: “Bu layihələr Qara dənizi əhatə edir. Maraqlı layihələrdə Azərbaycanın müvafiq dövlət qurumları və ya özəl sektoru iştirak edə bilər. Bu da öz növbəsində “Orta dəhliz”in rəqabətliliyinin yüksəldilməsinə xidmət edə bilər”.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi