Yuxarı

Azərbaycan, Gürcüstan və Ermənistan gəncləri görüşəcək

Marneulidə Vahid Qafqaz festivalı keçiriləcək

Bakı. 25 avqust. REPORT.AZ/ Gürcüntanın Borçalı (Kvemo- Kartli) bölgəsində, azərbaycanlıların yaşadığı Marneuli rayonunun Tserakvi kəndində "One Caucasus" ("Vahid Qafqaz") adlı festival çərçivəsində Azərbaycan, Gürcüstan və Ermənistan gənclərinin görüşü keçiriləcək.

"Report" xəbər verir ki, bu haqda Gürcüstan KİV-i məlumat yayıb.

Məlumata görə, azərbaycanlıların kəndindəki bu tədbir avqustun 27-29-da gerçəkləşdiriləcək.

Təşkilatçılar bildirib ki, tədbirin keçirilməsində əsas məqsəd Qafqazdakı gəncləri dinc və təhlükəsiz məkanda yaşamağa təşviq etməkdir: "Festival simvolik olaraq, Gürcüstanda Azərbaycan və Ermənistan sərhədləri yaxınlığında Marneulinin Tsearkvi kəndində keçirilir".

Üç günlük mədəni-maarifləndirici tədbirdə azərbaycanlı, gürcü və erməni uşaqlar da musiqi proqramı ilə çıxış edəcək.

Layihə Polşanın Mədəniyyət və Milli İrs Nazirliyi və Marneuli bələdiyyəsi tərəfindən maliyyələşdirilir. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi