Azərbaycan, Gürcüstan və Ermənistan gəncləri görüşəcək

Azərbaycan, Gürcüstan və Ermənistan gəncləri görüşəcək Marneulidə "Vahid Qafqaz" festivalı keçiriləcək
Region
25 Avqust , 2015 12:56
Azərbaycan, Gürcüstan və Ermənistan gəncləri görüşəcək

Bakı. 25 avqust. REPORT.AZ/ Gürcüntanın Borçalı (Kvemo- Kartli) bölgəsində, azərbaycanlıların yaşadığı Marneuli rayonunun Tserakvi kəndində "One Caucasus" ("Vahid Qafqaz") adlı festival çərçivəsində Azərbaycan, Gürcüstan və Ermənistan gənclərinin görüşü keçiriləcək.

"Report" xəbər verir ki, bu haqda Gürcüstan KİV-i məlumat yayıb.

Məlumata görə, azərbaycanlıların kəndindəki bu tədbir avqustun 27-29-da gerçəkləşdiriləcək.

Təşkilatçılar bildirib ki, tədbirin keçirilməsində əsas məqsəd Qafqazdakı gəncləri dinc və təhlükəsiz məkanda yaşamağa təşviq etməkdir: "Festival simvolik olaraq, Gürcüstanda Azərbaycan və Ermənistan sərhədləri yaxınlığında Marneulinin Tsearkvi kəndində keçirilir".

Üç günlük mədəni-maarifləndirici tədbirdə azərbaycanlı, gürcü və erməni uşaqlar da musiqi proqramı ilə çıxış edəcək.

Layihə Polşanın Mədəniyyət və Milli İrs Nazirliyi və Marneuli bələdiyyəsi tərəfindən maliyyələşdirilir. 

Son xəbərlər

Orphus sistemi