​Azərbaycan gömrük xidməti ekspertlərinin Həştərxanda keçirilən işçi görüşündə iştirak edəcək

​Azərbaycan gömrük xidməti ekspertlərinin Həştərxanda keçirilən işçi görüşündə iştirak edəcək Tərəflər qarşılıqlı əlaqələrin gücləndirilməsi üzrə tədbirlərin işlənib hazırlanmasını müzakirə edəcək
Region
28 Noyabr , 2015 10:28
​Azərbaycan gömrük xidməti ekspertlərinin Həştərxanda keçirilən işçi görüşündə iştirak edəcək

Bakı. 28 noyabr. REPORT.AZ/ Həştərxanda müxtəlif ölkələrin gömrük xidməti ekspertlərinin işçi görüşü keçiriləcək. "Report" Rusiya KİV-inə istinadən xəbər verir ki, görüş 30 noyabr - 4 dekabr tarixlərində baş tutacaq.

Federal gömrük xidmətinin görüşündə Rusiya, İran, Türkmənistan, Azərbaycan, Qazaxıstan və Hindistan ekspertləri iştirak edəcək.

Tərəflər "Şimal-Cənub" Beynəlxalq Nəqliyyat Dəhlizi çərçivəsində qarşılıqlı əlaqələrin gücləndirilməsi üzrə tədbirlərin işlənib hazırlanmasını müzakirə edəcək. 

Son xəbərlər

Orphus sistemi