Yuxarı

​Avropada axtarılan terrorçunu Türkiyə polisi tutub

O, Parisdə terror törədilən yerləri müəyyən etməkdə şübhəli bilinir

Bakı. 21 noyabr. REPORT.AZ/ Türkiyə polisi Parisdə törədilən terrorun təşkil edilməsində şübhəli bilinən Mərakeş əsilli Belçika vətəndaşı, 26 yaşlı Əhməd Dahmanini tutub.

"Report" xəbər verir ki, bu haqda Türkiyə KİV-i məlumat yayıb.

Məlumata görə, onu Türkiyənin Antalya əyalətinin təhlükəsizlik idarəsinin əməkdaşları saxlayıb.

Əhməd Damani Türkiyədən Suriyaya keçmək istəyirmiş.

O, Parisdə terror törədilən yerləri müəyyən etməkdə şübhəli bilinir.

Qeyd edək ki, noyabrın 13-də Parisin 6 nöqtəsində törədilən terror aktı nəticəsində 131 nəfər ölüb, 200 nəfər isə yaralanıb. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi