Avropa Şurasının baş katibi Gürcüstanda səfərdədir

Avropa Şurasının baş katibi Gürcüstanda səfərdədir O, Gürcüstan prezidenti Gerogi Marqelaşvili və parlament üzvləri ilə də görüşlər keçirəcək
Region
30 Yanvar , 2017 12:21
Avropa Şurasının baş katibi Gürcüstanda səfərdədir

Bakı. 30 yanvar. REPORT.AZ/ Avropa Şurasının baş katibi Turbyorn Yaqlandın Gürcüstana rəsmi səfəri başlayıb.

“Report” Gürcüstan KİV-inə istinadən xəbər verir ki, o, yanvarın 29-da ölkəyə səfər edib.

T.Yaqland səfər çərçivəsində Gürcüstanın xarici işlər naziri Mixali Canelidze ilə görüşüb.

Səfərdə 2016-2019-cu illər üzrə Gürcüstanla Avropa Şurası arasında əməkdaşlığa dair “Fəaliyyət proqramı”nın reallaşması müzakirə olunub.

O, Gürcüstan prezidenti Georgi Marqelaşvili və parlament üzvləri ilə də görüşlər keçirəcək. 

Son xəbərlər

Orphus sistemi