Yuxarı

Avropa İttifaqı ilə Türkiyə arasında keçiriləcək zirvə toplantısının vaxtı açıqlanıb

Avropa İttifaqı - Türkiyə sammiti olacaq
© haber7

Bakı. 21 yanvar. REPORT.AZ/ Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə cari ilin mart ayında Brüsseldə Avropa İttifaqı - Türkiyə zirvə toplantısının keçirilməsinə hazırlıq işlər görülür.

“Report” “Haber7”yə istinadən xəbər verir ki, bunu Avropa İttifaqı Şurasının indiki sədri, Rumıniyanın xarici işlər naziri Teodor Meleşcanu bildirib.

“Türkiyə ilə müzakirələrin davam etməsini dəstəkləyirik. Prezident Rəcəb Tayyib Ərdoğan və Avropa İttifaqı rəhbərliyini Brüsseldə bir araya gətirəcək zirvə toplantısına hazırlıq işləri görürük”, - deyə o vurğulayıb.

T.Meleşcanu bildirib ki, 2015-ci ildə Türkiyə - Avropa İttifaqının Ortaqlıq Şurası toplantısına ilk təkliflərdən biri tərəflər arasında bu qurumun toplantısının yenidən fəaliyyətə başlaması ilə bağlı olacaq: “Məqsədimiz müxtəlif məsələlərlə bağlı işləri sürətləndirməkdir. Bunlar arasında Gömrük İttifaqı da var”.

Qeyd edək ki, Ortaqlıq Şurası 3,5 ilə yaxındır toplanmır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi