Yuxarı

Avropa İttifaqı Rusiyaya qarşı sanksiyaların müddətini uzadıb

İttifaqa üzv olan dövlətlərə Rusiyadan ərzaq məhsulları ixracı da qadağan edilib

Bakı. 22 iyun. REPORT.AZ/ Avropa İttifaqı Rusiyaya qarşı iqtisadi sanksiyaların müddətini 2016-cı il yanvarın 31-dək uzadıb.

"Report" "BBC"-yə istinadən xəbər verir ki, bu haqda Avropa İttifaqının (Aİ) təmsilçisi Süzan Kiefer qurumun rəsmi "twitter" səhifəsində yazıb.

Bir müddət öncə Böyük Britaniyanın xarici işlər naziri Filip Hammond bildirmişdi ki, Minsk razılaşmasına əməl etmədiyi üçün Rusiyaya qarşı tətbiq edilən iqtisadi sanksiyaların müddəti daha 6 ay uzadılacaq.

Qeyd edək ki, iyunun 19-da Aİ Krımı ilhaq etdiyi üçün Rusiyaya qarşı sanksiyanın müddətinin bir il uzadılması haqda qərar qəbul edib.

Sanksiyaya əsasən, birliyə üzv olan dövlətlərə Rusiyadan ərzaq məhsulları ixracı da qadağan edilib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi