Yuxarı

​Avropa İttifaqı diplomatiyasının rəhbəri Ukrayna və Gürcüstana səfər edəcək

Moqerini noyabrın 9-da Ukrayna, 10-da isə Gürcüstanda səfərdə olacaq

Bakı. 7 noyabr. REPORT.AZ/ Avropa İttifaqı (Aİ) diplomatiyasının rəhbəri Federika Moqerini 9-10 noyabr tarixlərində Ukrayna və Gürcüstana səfər edəcək.

"Report" xəbər verir ki, bu barədə Aİ-nin xarici siyasət xidmətinin cümə günü yayılmış bəyanatında bildirilir.

"Xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndə Federika Moqerini gələn həftə Ukrayna və Gürcüstana gedəcək. Bu səfərlər "Şərq tərəfdaşlığı" ölkələrinə böyük turun bir hissəsidir", - deyə sənəddə bildirilir.

Moqerini noyabrın 9-da Ukrayna, 10-da isə Gürcüstanda səfərdə olacaq, ölkə başçıları və digər rəsmi şəxslərlə görüşlər keçirəcək.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi