ATƏT-in xüsusi nümayəndəsi Ermənistanda jurnalistlərin təhlükəsizliyi ilə bağlı narahatlığını ifadə edib

ATƏT-in xüsusi nümayəndəsi Ermənistanda jurnalistlərin təhlükəsizliyi ilə bağlı narahatlığını ifadə edib Miyatoviç: "Media nümayəndələrinə qarşı güc tətbiq edilməsi qəbuledilməzdir"
Region
26 Aprel , 2016 12:28
ATƏT-in xüsusi nümayəndəsi Ermənistanda jurnalistlərin təhlükəsizliyi ilə bağlı narahatlığını ifadə edib

Bakı. 26 aprel. REPORT.AZ/ ATƏT-in mətbuat azadlığı üzrə xüsusi nümayəndəsi Dunya Miyatoviç Ermənistan hökumətini jurnalistlərin təhlükəsizliyini təmin etməyə çağırıb.

"Report" ATƏT-in mətbuat xidmətinə istinadən xəbər verir ki, bu barədə D.Miyatoviçin bir neçə gün əvvəl Ermənistanda keçirilən etiraz aksiyası zamanı Yerevan polisinin aksiyanı işıqlandıran jurnalistlərə qarşı kobud davranışıyla bağlı bəyanatında deyilir.

Xüsusi nümayəndə bildirib ki, media nümayəndələrinə qarşı güc tətbiq edilməsi qəbuledilməzdir.

Son xəbərlər

Orphus sistemi