Atatürk aeroportu təyyarələrin uçuş və enişini dayandırıb

Atatürk aeroportu təyyarələrin uçuş və enişini dayandırıb Bu, hava şəraiti ilə əlaqədar müvəqqəti xarakter daşıyır
Region
27 İyun , 2018 23:28
Atatürk aeroportu təyyarələrin uçuş və enişini dayandırıb

Bakı. 27 iyun. REPORT.AZ/ Axşam saatlarında İstanbula yağmağa başlayan güclü yağış, şimşək və göy gurultusu şəhərdə hava nəqliyyatına mənfi təsir göstərib.

"Report" Türkiyə mətbuatına istinadən xəbər verir ki, pis hava şəraiti səbəbindən təyyarələr Atatürk hava limanına eniş edə bilməyiblər.

Aeroporta enməli olan təyyarələr havada dövr etmək məcburiyyətində qalıb. Bu səbəbdən aeroporda eniş və uçuşlar müvəqqəti olaraq dayandırılıb.

Son xəbərlər

Orphus sistemi