Aşqabadda Xəzər dənizində brakonyerliklə mübarizə məsələsi müzakirə edilir

Aşqabadda Xəzər dənizində brakonyerliklə mübarizə məsələsi müzakirə edilir Azərbaycanın müvafiq qurumlarının nümayəndələri görüşdə iştirak edirlər
Region
15 Fevral , 2017 13:20
Aşqabadda Xəzər dənizində brakonyerliklə mübarizə məsələsi müzakirə edilir

Bakı. 15 fevral. REPORT.AZ/ Türkmənistan paytaxtı Aşqabadda Xəzər dənizində brakonyerliyə qarşı mübarizə üzrə Xəzəryanı ölkələrin səlahiyyətli nümayəndələrinin növbəti iclası başlayıb.

"Report" Türkmənistan KİV-inə istinadən xəbər verir ki, iclasda Azərbaycan, İran, Qazaxıstan, Rusiya və Türkmənistanın müvafiq nazirliklərinin və qurumlarının rəhbərləri və aparıcı mütəxəssisləri iştirak edir.

Görüşün gündəliyindəki əsas mövzu Xəzər dənizində bioloji resursların qanunsuz ələ keçirilməsinə (brakonyerlik) qarşı mübarizədə sahəsində əməkdaşlığa dair Protokol layihəsinin razılaşdırılmasıdır. Türkmənistan tərəfinin hazırladığı sənəd 2010-cu ildə Bakıda keçirilmiş Xəzəryanı ölkələrin dövlətlərin başçılarının III sammitində imzalanan Xəzər dənizində təhlükəsizlik sahəsində əməkdaşlıq haqqında Sazişə əlavə kimi nəzərdə tutulub.

Görüşdə tərəflərin hər biri brakonyerlik problemini həll etmək üçün öz təkliflərini verib.

Son xəbərlər

Orphus sistemi