Bakı. 6 sentyabr. REPORT.AZ/ Aşqabadda Türkmənistanın Xəzər dənizi məsələləri üzrə İdarələrarası Komissiyasının iclası keçirilib.
"Report" "turkmenistan.ru"ya istinadən xəbər verir ki, görüşdə Türkmənistan XİN, Türkmənistan prezidenti yanında Xəzər Dənizi Məsələləri üzrə Dövlət Müəssisəsi, eləcə də neft-qaz, nəqliyyat və sənaye sektorlarının nümayəndələri iştirak edib.
İclas zamanı xüsusi diqqət Xəzəryanı dövlətlərin hökumət və işguzar dairələrinin nümayəndələri üçün danışıqlar meydanına çevriləcək, dünya biznesi və beynəlxalq təşkilatlarla əlaqələrin qurulmasına səbəb olacaq daimi fəaliyyət göstərən Xəzər İqtisadi Forumunun yaradılması haqqında təşəbbüsün gələcək inkişafına ayrılıb.
Həmçinin Türkmənistan tərəfindən hazırlanan, Xəzər dənizində təhlükəsizlik sahəsində əməkdaşlıq haqqında Müqaviləyə əlavə olacaq iki protokol layihələri müzakirə edilib.