AŞPA terrorla mübarizə məsələsində MDB ölkələri ilə dialoqun gücləndirilməsinin tərəfdarıdır

AŞPA terrorla mübarizə məsələsində MDB ölkələri ilə dialoqun gücləndirilməsinin tərəfdarıdır AŞPA-nın deputatı bu sahədə qanunvericiliyin daha sistemli müqayisəsini təklif edib
Region
27 Mart , 2017 12:34
AŞPA terrorla mübarizə məsələsində MDB ölkələri ilə dialoqun gücləndirilməsinin tərəfdarıdır

Bakı. 27 mart. REPORT.AZ/ Belçikalı parlamentari Alen Desteks terrorla mübarizə məsələsində MDB PA və AŞPA arasında daha fəal dialoqun aparılmasını istəyir.

Bu barədə "Report" RİA "Novosti"yə istinadən xəbər verir.

Qeyd edək ki, martın 27-də MDB Parlamentlərarası Assambleyası çərçivəsində MDB PA-nın Siyasi Məsələlər və Beynəlxalq Əməkdaşlıq Daimi Komissiyası və AŞPA-nın Siyasi Məsələlər və Demokratiya Komitəsinin birgə iclası keçirilir.

"Bu istiqamətdə daha fəal və müntəzəm dialoq barədə düşünməyə dəyər", - A.Desteks bildirib.

O, həmçinin bu sahədə qanunvericiliyin daha sistemli müqayisəsini təklif edib.

Son xəbərlər

Orphus sistemi